“Səfər Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir” MÜNASİBƏT BİLDİRİLD…
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Öncəliklə onu xüsusilə qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyevin qardaş ölkəyə növbəti səfəri və səfər zamanı martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı istər Azərbaycan-Türkiyə əməkdaşlığı, istərsə də ümumilikdə Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir.
Əvəlla ona görə ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək.
Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var”.
Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.
Onun sözlərinə görə, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək: “Əslində mən bunu 1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılışı ilə müqayisə edərdim.
Çünki iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edən “Ümid körpüsü”nün açılışı da Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvanın tərəqqisinə, onun əhalisinin sosial rifahına yönəlmişdi.
Martın 5-də istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri isə cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.
Tam oxu
Xəbəri oxu