Icma.az
close
up
RU
“Səfər Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir” MÜNASİBƏT BİLDİRİLDİ

“Səfər Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Öncəliklə onu xüsusilə qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyevin qardaş ölkəyə növbəti səfəri və səfər zamanı martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı istər Azərbaycan-Türkiyə əməkdaşlığı, istərsə də ümumilikdə Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir. Əvəlla ona görə ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var”. Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.
Onun sözlərinə görə, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək: “Əslində mən bunu 1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılışı ilə müqayisə edərdim. Çünki iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edən “Ümid körpüsü”nün açılışı da Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvanın tərəqqisinə, onun əhalisinin sosial rifahına yönəlmişdi. Martın 5-də istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri isə cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır”.

Nadir Azəri bu tarixi addımın Türk dünyasının daha da dərin inteqrasiya prosesində də mühüm rol oynayacağını deyib: “Naxçıvanın türk dünyasının birliyi yönündəki coğrafi əhəmiyyətini nəzərə alaraq, bu layihəni türk dünyasının daha da dərin inteqrasiyası yolunda atılan növbəti addım kimi dəyərləndirmək olar. Mən yenə cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışını xatirlatmaq istəyirəm. Dövlət başçısı dedi ki, “Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”. Məhz buradan yola çıxaraq qeyd edə bilərik ki, bu gün bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı eyni zamanda Türk dünyasını uğurlara aparan sarsılmaz birlik kimi də öz sözünü deyir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri