Səhər tez oyananlar daha az stress yaşayır | Icma.az
Icma.az, Sherg.az saytına istinadən bildirir. Səhər tez oyanmaq bir çox insan üçün çətin ola bilər.
Ancaq aparılan araşdırmalar göstərir ki, erkən oyanmaq yalnız günə daha çox saat əlavə etmir, eyni zamanda zehni və fiziki sağlamlığa da müsbət təsir göstərir...Sherg.az xəbər verir ki, günə tez başlamaq, müasir həyatın qaçaqaçında sanki gizli bir üstünlükdür.
Araşdırmalar göstərir ki, tez oyanan insanlar həm daha məhsuldar, həm də daha sağlam olur.
Bu vərdiş həyat keyfiyyətini yüksəldir!Tez oyanmaq, zehni aydınlığı artırır.
Səhər saatlarında kortizol hormonu təbii olaraq yüksəldiyi üçün diqqəti toplamaq və fokuslanmaq daha asan olur.
Günün erkən saatlarında görülən işlərin səmərəliliyi artır, qərarlar daha sağlam şəkildə qəbul edilir.Günə tez başlamaq insana özünə vaxt ayırmaq imkanı verir.
İşə tələsərək qaçmaq əvəzinə səhər yeməyi etmək, idmanla məşğul olmaq və ya sadəcə sakitlikdə bir neçə dəqiqə keçirmək stressi azaldır.
Bu isə gün boyu daha balanslı əhval-ruhiyyə yaradır.Tez oyanan şəxslərin adətən nizamlı yuxu rejimi olur.
Tam oxu
Xəbəri oxu