Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gündəmin əsas xəbəri “Kəpəz”in futbolçusu Veysəl Rzayevin bu gün səhər saatlarında bıçaqlanmasıdı. Söhbət fevralın 5-də “Turan Tovuz”la kubok oyununa çıxacaq komandanın əsas oyunçularından birindən gedir.
Gənc futbolçu ciddi ictimai qınağa məruz qalıb ki, səhər saat 5-də çöldə nə gəzirmiş? Veysəl Rzayev Azər Bağırovun rəhbərliyi altında oynayan futbolçudu. Bəs bu məsələ ilə bağlı “Kəpəz”in baş məşqçisi nə düşünür?
“Bir insanı dostu harasa çağırır, deyir bir problemim var, yolda maşınım xarab olub. Kim getməz ki?! İnsan olaraq hamımız səhv edə bilərik. Silib atmaq çətindi. Günahı vuranda, vurulanda görmürəm. Detallardan mənim də xəbərim yoxdu. Səhər yanına getmişdim, təzəcə əməliyyatdan çıxmışdı, narkozun təsiri altındaydı. Valideynləri ilə danışdım. Məşqdən çıxandan sonra yenə baş çəkəcəm”.