Səhər yanına getmişdim, narkozun təsiri altındaydı” Azər Bağırovdan Veysəl Rzayevin bıçaqlanmasına reaksiya
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gündəmin əsas xəbəri “Kəpəz”in futbolçusu Veysəl Rzayevin bu gün səhər saatlarında bıçaqlanmasıdı. Söhbət fevralın 5-də “Turan Tovuz”la kubok oyununa çıxacaq komandanın əsas oyunçularından birindən gedir.
Gənc futbolçu ciddi ictimai qınağa məruz qalıb ki, səhər saat 5-də çöldə nə gəzirmiş? Veysəl Rzayev Azər Bağırovun rəhbərliyi altında oynayan futbolçudu. Bəs bu məsələ ilə bağlı “Kəpəz”in baş məşqçisi nə düşünür?
“Bir insanı dostu harasa çağırır, deyir bir problemim var, yolda maşınım xarab olub. Kim getməz ki?! İnsan olaraq hamımız səhv edə bilərik. Silib atmaq çətindi. Günahı vuranda, vurulanda görmürəm. Detallardan mənim də xəbərim yoxdu. Səhər yanına getmişdim, təzəcə əməliyyatdan çıxmışdı, narkozun təsiri altındaydı. Valideynləri ilə danışdım. Məşqdən çıxandan sonra yenə baş çəkəcəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















