Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müasir şəhər həyatının dinamikası və sürətinin insanların psixi sağlamlığı üzərində ciddi təsirləri var.
Şəhər həyatı, texnologiyanın inkişafı, sosial təzyiqlər və sürətli həyat tərzi ilə birləşərək insanları təzyiq altına alır.
Bu şərait stress və depressiyanın yaranmasına səbəb olan müxtəlif faktorları bir araya gətirir.
Hətta bəzən insan özünü ətrafındakı sosial və iş mühitində "itirilmiş" hiss edə bilər.
Bəs, bu sürətli həyat tərzi və urbanizasiya insanların psixi sağlamlığına necə təsir edir və stress, depressiya və digər psixoloji problemlərin yaranmasına hansı yollarla səbəb olur?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, statistik olaraq götürdükdə görürük ki, insanların əhval-ruhiyyəsindəki dəyişikliklər gündən-günə artır: “Təbii ki, bunun səbəbi həm müasir şəhər həyatıdır, həm də şəhər həyatının gətirdiyi müsbət və ya mənfi amillərdən irəli gələn həyat tərzidir.
Zaman-zaman insanlar özlərini yetərsiz və ya güvənsiz hiss edə bilərlər.