Icma.az
close
up
RU
Şəhərlər bir birini tanımayan insanların türməsinə bənzəyir PSİXOLOQ SOSİAL ŞƏBƏKƏLƏRİN ZƏRƏRLƏRİNDƏN DANIŞDI

Şəhərlər bir birini tanımayan insanların türməsinə bənzəyir PSİXOLOQ SOSİAL ŞƏBƏKƏLƏRİN ZƏRƏRLƏRİNDƏN DANIŞDI

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir şəhər həyatının dinamikası və sürətinin insanların psixi sağlamlığı üzərində ciddi təsirləri var. Şəhər həyatı, texnologiyanın inkişafı, sosial təzyiqlər və sürətli həyat tərzi ilə birləşərək insanları təzyiq altına alır. Bu şərait stress və depressiyanın yaranmasına səbəb olan müxtəlif faktorları bir araya gətirir. Hətta bəzən insan özünü ətrafındakı sosial və iş mühitində "itirilmiş" hiss edə bilər. 

Bəs, bu sürətli həyat tərzi və urbanizasiya insanların psixi sağlamlığına necə təsir edir və stress, depressiya və digər psixoloji problemlərin yaranmasına hansı yollarla səbəb olur?

Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, statistik olaraq götürdükdə görürük ki, insanların əhval-ruhiyyəsindəki dəyişikliklər gündən-günə artır:

“Təbii ki, bunun səbəbi həm müasir şəhər həyatıdır, həm də şəhər həyatının gətirdiyi müsbət və ya mənfi amillərdən irəli gələn həyat tərzidir. Zaman-zaman insanlar özlərini yetərsiz və ya güvənsiz hiss edə bilərlər. Burada birmənalı şəkildə yalnız şəhər həyatını deyil, həm də ailə ilə bağlı problemləri qeyd etmək olar. Ailənin yanaşması, ailə tərzi, ailə üzvləri arasında müəyyən qoyulan qanunlar da bu vəziyyətə səbəb ola bilər.

Eyni zamanda, sosial şəbəkələrdə izlədikləri insanların həyat tərzi, onların yaşantıları və şərtləri də müəyyən mənada bu vəziyyəti yarada bilər. Beləliklə, insanların psixoloji durumunda yalnız şəhər həyatının deyil, şəxsi həyatın da təsiri ola bilər”.

Psixoloq əlavə olaraq bildirib ki, son zamanlar daha çox depressiv hallar müşahidə olunur:

“Burada ailənin yanaşması xüsusilə önəmlidir. Ailənin bir fərdində stress və ya depressiya əlamətləri müşahidə edilərsə, bu zaman mütəxəssis dəstəyinə müraciət etmək vacibdir. Ağırlaşan hallarda isə müalicə, o cümlədən dərman müalicəsi tövsiyə oluna bilər”.

Sosioloq Üzeyir Şəfiyevin fikirincə biz artıq yeni bir dövrdə yaşayırıq sürət dövrü, rəqəmsal cəmiyyətdə özünü ən yüksək səviyyədə göstərir:

“İnformasiya cəmiyyətinin artan təsiri ilə insanın ekzistensial vəziyyətində dəyişikliklər baş verir. İnsanlar, xüsusilə müasir kapitalist cəmiyyətində, yaşamağa və var olmağa çalışarkən çətinliklərlə qarşılaşırlar. Bu cəmiyyətin mahiyyətində insanlar bəzən evlərinin mənəvi dünyasını arxa plana atıb, daha çox işləyən alətə çevrilir. Onlar həyat tərzlərini və həyat düzənlərini yaxşılaşdırmağa çalışsalar da, nəticədə öz daxili dünyalarına diqqət yetirməkdə çətinlik çəkirlər. Beləliklə, insan sadəcə işləyən bir mexanizmə çevrilir.

Kapitalist cəmiyyəti, xüsusən də müasir dövrün dinamikasında, insanın yalnız ardıcıl olaraq işləməsinə yönəlmişdir. Bu, bəzən insanların yaradıcı potensialını itirməsinə və özlərini unudaraq sadəcə işləməyə fokuslanmalarına səbəb olur. Bu qlobal bir məsələdir, dünyanın hər yerində müşahidə olunur və bu şərait insanların psixoloji vəziyyətini, xüsusən də stress və depressiyanı pisləşdirir.

Depressiya və stressin idarə edilməsi bu dövrün ən vacib məsələlərindən biridir. Bir çox təşkilat və əmək kollektivləri artıq işçilərdən bu sahədə müəyyən bacarıqlara sahib olmalarını tələb edirlər. Stressin idarə edilməsi və depressiya ilə mübarizə müasir iş həyatının ayrılmaz hissəsi olub, bununla bağlı müxtəlif fəaliyyət sahələri inkişaf etdirilmişdir.

Xəstəliklər və depressiya fonunda davranış pozuntuları, insanın psixoloji vəziyyətinə təsir edir. İnsanlar, bəzən bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər, amma daha rasional yanaşmalarla depressiyanı yenə də məğlub edə bilirlər. Bu zaman mübarizənin əsasında insanın daxili gücünü tapması və sağlam həyat tərzini qoruması dayanır. Hər kəs sağlam həyat tərzi yaşamalıdır: siqaret və asılılıq yaradan maddələrdən uzaq durmalı, təbiətlə əlaqə saxlamalı, gülməli, gəzintilər etməli və sağlam qidalanmalıdır. Həmçinin gərgin situasiyalardan qaçmaq vacibdir”.

Sosioloq sonda qeyd edib ki, günümüzün reallığında insanların həyat tərzində xeyli dəyişikliklər baş verir:
“Sosial şəbəkələr və sürətli informasiya mübadiləsi, aqressiv və neqativ məlumatlar insanların davranışlarına təsir edə bilir və onların sağlamlığını pisləşdirə bilər. İnsanlar informasiya mənbələrini seçərkən daha diqqətli olmalı, müsbət və inkişaf etdirici məzmunu qəbul etməli və həyatlarının ritmini düzgün təyin etməlidirlər.

Ümumiyyətlə, stress və depressiya ilə mübarizə aparmaq üçün sağlam həyat tərzini qorumaq, mənəvi dünyaya vaxt ayırmaq və həyatın mənasını tapmaq vacibdir. Bu, həm psixoloji, həm də fiziki sağlamlıq üçün mühüm şərtdir”.

Sosioloq Lalə Mehralının fikrincə isə dövrün ən böyük problemlərindən biridir şəhərlərdəki həyat tərzi və bu həyata məcbur olan insanlar:

“Ümumiyyətlə, dünyanın bir çox yerində urbanizasiya sürətlə gedir. İnsanlar könüllü, ya könülsüz, özündən asılı olan və ya olmayan səbəblərdən kənd yerlərini tərk edərək şəhərlərdə məskunlaşırlar. Şəhərlərə bu sürətli köçün ən əsas və təməl səbəblərindən işsizlikdir. Elə öz ölkəmizdən götürək, bizim regionlarda normal iş təminatı olmadığı üçün hamı iş dalınca paytaxta axışıb, beləcə, kəndlər boşalıb, Bakı normadan dəfələrlə çox yüklənib. 

Durmadan böyüyən şəhərlər bir-birini tanımayan insanların həbsxanasınma bənzəyir. Şəhər həyatının qaynar olması, insanların normadan artıq stresslə yüklənməsi, mənəvi ehtiyacları təxisə salması, ünsiyyətsizlik və sosiallaşmanı hər gün azaltmasına səbəb olur. Hər bir insan şəhər və kənddə vaxtın fərqli sürətdə olmasının fərqindədir. Şəhərdə bizə yetməyən 24 saat kənddə gözümüzdə böyüyür, hər şeyə vaxt çatır. Şəhərdə qapı qonşumuzu tanımırıq, sosiallaşmırıq, kəndlərdə bu ehtiyac artıqlaması ilə ödənilir”. 

Sosioloq son olaraq əlavə edib ki, şəhər həyatı bizə hər addımımızı planlı atmağı öyrətdi:
“Axşamdan sabahın planını qururuq, saat neçədə, harada olacağımızı,  kimlərlə görüşəcəyimizi, nə iş görəcəyimizi detallı planlayırıq. Həyatımızda gözlənilməz nəsə baş vermir, sürpriz olmur, qəfil heç nə olmur, bir sözlə monoton yaşayırıq.  Halbuki bizim də ehtiyacımız var qəfil qonaq getməyə, qəfil gələn qonağı qəbul etməyə. Modern həyat tərzi bizi bu cür söhbət masalarından, qarşlıqlı müzakirələrdən də uzaqlaşdırdı. Sosiallaşmayan, ünsiyyətsiz insanların sonu da yaxşı olmur, aqressiv, kinli, stressli və daim narahat bir psixologiyaya məhkum olur”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri