“Səhhətim heç də yaxşı deyil” 84 yaşını qeyd edən Xalq artisti | Icma.az
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Xalq artisti Ofeliya Sənani bu gün doğum gününü qeyd edir.
AZXEBER.COM 84 yaşı tamam olan Xalq artistinin ad gününü təbrik etmək, həm də səhhəti ilə bağlı məlumat almaq üçün onun özü ilə əlaqə saxlayıb.
Xalq artisti səhhətinin yaxşı olmadığını bildirib: "Bu gün artıq 84 yaşı tamamlayıb, 85-ci yaşıma qədəm qoydum.
Baxmayaraq ki, səhhətim heç yaxşı deyil, amma bunun üçün yenə də çox şadam.
Sizin vasitənizlə bu gün məni yad eləyən hər kəsə təşəkkür edirəm.
İstər doğma kanalım, istərsə də həmkarlarım olsun, sağ olsunlar ki, məni unutmayıblar. Səhhətim heç də yaxşı deyil, müalicə alıram.
Artıq yaş öz sözünü deyir". İllərini Azərbaycan televiziyasına həsr edən teleaparıcı, televiziya verilişləri və gənc aparıcılarla bağlı fiki
Bəzi neqativ hallara mane ola bilmərik, çünki istedadsız insanlar hər necə də olsa bir yolunu tapıb yenə də istədiklərinə nail olacaqlar.
Tam oxu
Xəbəri oxu