Icma.az
close
up
RU
“Səhhətim heç də yaxşı deyil” 84 yaşını qeyd edən Xalq artisti

“Səhhətim heç də yaxşı deyil” 84 yaşını qeyd edən Xalq artisti

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Ofeliya Sənani bu gün doğum gününü qeyd edir.

AZXEBER.COM 84 yaşı tamam olan Xalq artistinin ad gününü təbrik etmək, həm də səhhəti ilə bağlı məlumat almaq üçün onun özü ilə əlaqə saxlayıb.

Xalq artisti səhhətinin yaxşı olmadığını bildirib:

"Bu gün artıq 84 yaşı tamamlayıb, 85-ci yaşıma qədəm qoydum. Baxmayaraq ki, səhhətim heç yaxşı deyil, amma bunun üçün yenə də çox şadam. Sizin vasitənizlə bu gün məni yad eləyən hər kəsə təşəkkür edirəm. İstər doğma kanalım, istərsə də həmkarlarım olsun, sağ olsunlar ki, məni unutmayıblar. Səhhətim heç də yaxşı deyil, müalicə alıram. Artıq yaş öz sözünü deyir".

İllərini Azərbaycan televiziyasına həsr edən teleaparıcı, televiziya verilişləri və gənc aparıcılarla bağlı fikirlərini də bizimlə bölüşüb:

"Mən çox tənqid etmək istəmirəm, çünki bilirəm ki, o verilişlərin hər biri böyük əziyyətlərlə ərsəyə gəlir. Bəzi neqativ hallara mane ola bilmərik, çünki istedadsız insanlar hər necə də olsa bir yolunu tapıb yenə də istədiklərinə nail olacaqlar. Əsas istedadlılara dəstək olmaq lazımdır. Sadəcə bəzi şeylər üçün zamana ehtiyac var. Təbii ki, gənclərə imkan vermək lazımdır. Amma onlar da öz üzərlərində işləməlidirlər, çoxlu mütaliə etməlidirlər. Dünya televiziyalarını, maraqlı verilişləri tapıb izləməlidirlər, onlardan nə isə öyrənməyə çalışmalıdırlar. Birindən nə isə öyrənmək heç vaxt qəbahət deyil. İndiki gənclərdən birdən-birə böyük nəaliyyətlər gözləmək olmaz, bunun üçün illər lazımdır. Zamanla toplanan təcrübə öz bəhrəsini verəcək. Hər birinə  uğurlar arzu edirəm".

Aysel Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri