Icma.az, Qafqazinfo saytına istinadən bildirir. “Beş ildir qardaşım Əsəd Həsənovun şəhid olduğu yeri – Ağdamın Mirəşelli kəndindəki səngərlə
Bu yaxınlarda orada şəhid olan oğulların adına abidə inşa etdirdim və bir neçə gün əvvəl açılışı oldu.
Açılışdan sonra Ağdam bələdiyyəsi bizə deməmiş, abidənin ətrafında olan səngərləri dağıdıb”.
Bu şikayətlə “Qafqazinfo”ya şəhid Əsəd Həsənovun bacısı Günay Həsənova müraciət edib.
O düşünür ki, həmin səngərlərin olduğu torpaqları şumlamaq şəhidlərin ruhuna hörmətsizlikdir: “Mirəşelli kəndi işğal altında deyildi, bizdə idi.
Mənim qardaşım “N” saylı hərbi hissənin qərargah rəisi idi. O və əsgərləri o boyda səngərləri əlləri ilə qazıblar.
Sonra da həmin ərazidə çox faciəli şəkildə şəhid olublar. Demək olar ki, onların tikələri o torpaqlara qarışıb.
Biz görüntü olaraq gedib məzarları ziyarət edirik. Amma mən hətta həmin hissələri yığıb abidənin altında, Əsədin səngərində dəfn etmişdim”.