Icma.az
close
up
RU
Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? Fotolar

Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Beş ildir qardaşım Əsəd Həsənovun şəhid olduğu yeri – Ağdamın Mirəşelli kəndindəki səngərləri dağılmağa qoymamışam. Bu yaxınlarda orada şəhid olan oğulların adına abidə inşa etdirdim və bir neçə gün əvvəl açılışı oldu. Açılışdan sonra Ağdam bələdiyyəsi bizə deməmiş, abidənin ətrafında olan səngərləri dağıdıb”.

Bu şikayətlə “Qafqazinfo”ya şəhid Əsəd Həsənovun bacısı Günay Həsənova müraciət edib. 

O düşünür ki, həmin səngərlərin olduğu torpaqları şumlamaq şəhidlərin ruhuna hörmətsizlikdir: “Mirəşelli kəndi işğal altında deyildi, bizdə idi. Mənim qardaşım “N” saylı hərbi hissənin qərargah rəisi idi. O və əsgərləri o boyda səngərləri əlləri ilə qazıblar. Sonra da həmin ərazidə çox faciəli şəkildə şəhid olublar. Demək olar ki, onların tikələri o torpaqlara qarışıb. Biz görüntü olaraq gedib məzarları ziyarət edirik. Amma mən hətta həmin hissələri yığıb abidənin altında, Əsədin səngərində dəfn etmişdim”.

G. Həsənova hadisə baş verən gündən şəhid ailələrinin sarsıntı keçirdiklərini deyir: “Ora tarixi yer idi, uşaqlar gələcəkdə gedib o ərazilərdə oğullarımızın necə döyüşdüklərini görəcəkdilər. Həmin kənd döyüş başlayanda ermənilərin ilk hücum etdiyi mövqe idi. Bizə bələdiyyədən dedilər ki, həmin ərazidə bağ salacaqlar. Axı o şəhidlərin sümüklərinin üzərində necə bağ salmaq olar? Elə bil ki, mənim qardaşımın və onunla bərabər bütün şəhidlərin sümüklərini çıxarıb çölə töküblər…”

Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazi kənd sakinlərindən birinin pay torpağıdır və o, abidəyə təxminən 1 hektara yaxın yer ayıraraq qalan hissəsini şumlayıb: “Mirəşelli ərazisində və ətraf ərazilərdə hektarlarla səngər ərazisi var. Sözügedən ərazi də kənd sakininin pay torpağıdır. Yerin sahibi abidə tikintisini gözləyib, sonradan abidəyə toxunmadan, ətrafda olan 1,5-2 hektar yeri şumlayıb. 

Ağdamda 6 mindən artıq insan şəhid olub. Burada olan səngərlərin hamısını qoruyası olsaq, gərək rayonun torpağından istifadə olunmasın. Qəhrəman oğullarımız ona görə şəhid olublar ki, həmin torpaqlar gül-çiçəkli olsun, universitetlər, məktəblər tikilsin, ölkəmiz inkişaf eləsin”.

Qeyd edək ki, Əsəd Həsənov 2020-ci ilin oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub, İmişli rayonunda dəfn olunub. Prezidentin Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları, eyni zamanda III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 

Xatırladaq ki, şəhid kapitanın xatirəsinə ucaldılan abidənin açılışı aprelin 16-da olub. Abidə qəhrəman döyüşçünü şəhid edən mərminin düşdüyü yerdə qoyulub.

Gülnar Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri