Şəhid anası unudulmur FOTO

23.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Masallı rayonu, Qodman kəndində boya-başa çatmış Rahim Zərbiyev Birinci Qarabağ müharibəsində sinəsini Vətənini yaşaması naminə sipər edərək şəhidlik zirvəsinə ucalıb. İndi masallılar öz qəhrəman oğulu ilə qürur duyur, onun keçdiyi şərəfli ömür yolunu örnək bilirlər.
Bu günlər Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev və Mərkəzi Xəstəxananın PHŞ-nin direktoru İlqar Ramizoğlu ilə birlikdə Qodman kəndində yaşayan, I Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin xəstəlikdən əziyyət çəkən anasını yenidə ziyarət ediblər.
Rayon rəhbəri şəhid anasının səhhətində olan vəziyyəti yaxından öyrənib, onun gündəlik qayğıları və qarşılaşdığı problemlər barədə məlumat alıb. Söhbət zamanı şəhid ailəsinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb, şəhid anasının müraciət və istəkləri dinlənilib. Həmçinin həkim İlqar Ramizoğlu şəhid anasını müayinədən keçirib, səhhəti ilə bağlı tibbi qiymətləndirmə aparılıb, mövcud vəziyyətinə uyğun müalicə təyin olunub və müvafiq tibbi tövsiyələr verilib.
Araz Əhmədov şəhid ailələrinin, xüsusilə yaşlı və səhhətində problem olan ailə üzvlərinin vəziyyətinin daim diqqətdə saxlanılmasının, şəhid ailələrinin qayğı və problemlərinin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib.
Rayon rəhbəri onu da bildirib ki, bu istiqamətdə işlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcək, müraciət və problemlərinin həlli üçün zəruri dəstək göstəriləcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью