Icma.az
close
up
RU
Şəhid anası unudulmur FOTO

Şəhid anası unudulmur FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Masallı rayonu, Qodman kəndində boya-başa çatmış Rahim Zərbiyev Birinci Qarabağ müharibəsində sinəsini Vətənini yaşaması naminə sipər edərək şəhidlik zirvəsinə ucalıb. İndi masallılar öz qəhrəman oğulu ilə qürur duyur, onun keçdiyi şərəfli ömür yolunu örnək bilirlər.
Bu günlər Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev və Mərkəzi Xəstəxananın PHŞ-nin direktoru İlqar Ramizoğlu ilə birlikdə Qodman kəndində yaşayan, I Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin xəstəlikdən əziyyət çəkən anasını yenidə ziyarət ediblər.
Rayon rəhbəri şəhid anasının səhhətində olan vəziyyəti yaxından öyrənib, onun gündəlik qayğıları və qarşılaşdığı problemlər barədə məlumat alıb. Söhbət zamanı şəhid ailəsinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb, şəhid anasının müraciət və istəkləri dinlənilib. Həmçinin həkim İlqar Ramizoğlu şəhid anasını müayinədən keçirib, səhhəti ilə bağlı tibbi qiymətləndirmə aparılıb, mövcud vəziyyətinə uyğun müalicə təyin olunub və müvafiq tibbi tövsiyələr verilib.
Araz Əhmədov şəhid ailələrinin, xüsusilə yaşlı və səhhətində problem olan ailə üzvlərinin vəziyyətinin daim diqqətdə saxlanılmasının, şəhid ailələrinin qayğı və problemlərinin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib.
Rayon rəhbəri onu da bildirib ki, bu istiqamətdə işlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcək, müraciət və problemlərinin həlli üçün zəruri dəstək göstəriləcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see292

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see275

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see257

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see257

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see254

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see244

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see244

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see239

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see238

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see232

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see231

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see223

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see223

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see217

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see203

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see203

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see194

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see191

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see184

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri