Icma.az, Azxeber.com saytına istinadən bildirir. Noyabrın 26-da Bakı şəhəri 49 №-li "İntellekt” məktəb-liseydə şəhid mayor Vüsal Vəliyevə hə
Tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik s
Sonra şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verilib.
1ç sinif şagirdləri vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirib.
Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Həsənova öz çıxışında məktəbin məzunu olmuş şagirdlərinin də şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir.
1ç sinif rəhbəri Ceyran İsgəndərova şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanıma başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.