Icma.az
close
up
RU
Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirildi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirildi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Noyabrın 26-da Bakı şəhəri 49 №-li "İntellekt” məktəb-liseydə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verilib.

1ç sinif şagirdləri vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Həsənova öz çıxışında məktəbin məzunu olmuş şagirdlərinin də şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir. 1ç sinif rəhbəri Ceyran İsgəndərova şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanıma  başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.

Qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində onun da iki oğlu döyüşmüşdür. Məktəbin müəllimi Günay Abdullayeva şəhidlərimizin xatirələrinin bundan sonra da əziz tutulacağı bildirmişdir. Məktəbin psixoloqu Aysel Məmmədova bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd edib.

Daha sonra məktəbin 1ç sinifi şəhid mayor Vüsal Vəliyevin adına verilmişdir. Mədinə xanım oğlu şəhid mayor Vüsal Vəliyevin uşaqlığı və döyüş yolu haqqında danışaraq məktəbin rəhbərliyinə və müəllimlərinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Tədbirdən sonra şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər və 1ç sinif şagirdləri məktəbin Şəhidlər güşəsini ziyarət etmiş, xatirə şəkilləri çəkilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri