Şəhid Müşfiq Quliyevlə vida mərasimi keçirilir

07.02.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.

Məlumata görə, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq(Report).
Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью