Şəhid Müşfiq Quliyevlə vida mərasimi keçirilir
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.
Məlumata görə, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq(Report).
Allah rəhmət eləsin!


Ramiz Quliyevlə vida mərasimi keçirilir
16 Oktyabr 2025 10:34
Ramiz Quliyevlə vida mərasimi başladı
16 Oktyabr 2025 12:56
Şəhid Müşfiq Orucov anıldı FOTO
04 Aprel 2025 13:56
Şəhid Daşqın Behbudovla vida mərasimi keçirilir
19 Mart 2025 13:59
Ramiz Quliyevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq
15 Oktyabr 2025 15:30

