Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Prezident təqaüdü alan tələbələr üçün əlavə olaraq yataqxana və ya təhsil haqqı güzəştlərinin tətbiqi gözlənilmir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirib.
Onun sözlərinə görə, prezident təqaüdçüləri əsasən yüksək balla qəbul olunan tələbələrdir və onlar dövlət hesabına təhsil alırlar: “Burada onların ödənişlərinə güzəşt nəzərdə tutulmasına ehtiyac yoxdur.
Həmin şəxslər dövlət hesabına oxuyurlar. Yataqxana məsələsinə gəldikdə isə, Azərbaycanda bir neçə universitet öz kampusu və tələbələr üçün ş
Bunlar sırasında Gəncə şəhərində yerləşən Aqrar Universiteti, Bakı Ali Neft Məktəbi xüsusi olaraq fərqlənir.
Digər universitetlərin yataqxanalarının bir qismi ya məcburi köçkünlərin məskunlaşmasına verilib, ya da yaşayış üçün yararsız vəziyyətdədir”.
Ekspert qeyd edib ki, xüsusilə Bakı Dövlət Universitetində vəziyyət acınacaqlıdır: “BDU-nun yataqxanası yenidən tikilmək adı ilə sökülsə də, uzun müddətdir heç bir iş aparılmır.