Şəhid və qazi ailələrindən olan tələbələrə ŞAD XƏBƏR: Bu yenilik tətbiq edilə bilər KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Prezident təqaüdü alan tələbələr üçün əlavə olaraq yataqxana və ya təhsil haqqı güzəştlərinin tətbiqi gözlənilmir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirib.
Onun sözlərinə görə, prezident təqaüdçüləri əsasən yüksək balla qəbul olunan tələbələrdir və onlar dövlət hesabına təhsil alırlar:
“Burada onların ödənişlərinə güzəşt nəzərdə tutulmasına ehtiyac yoxdur. Həmin şəxslər dövlət hesabına oxuyurlar. Yataqxana məsələsinə gəldikdə isə, Azərbaycanda bir neçə universitet öz kampusu və tələbələr üçün şəraiti olan yataqxanaları ilə seçilir. Bunlar sırasında Gəncə şəhərində yerləşən Aqrar Universiteti, Bakı Ali Neft Məktəbi xüsusi olaraq fərqlənir. Digər universitetlərin yataqxanalarının bir qismi ya məcburi köçkünlərin məskunlaşmasına verilib, ya da yaşayış üçün yararsız vəziyyətdədir”.
Ekspert qeyd edib ki, xüsusilə Bakı Dövlət Universitetində vəziyyət acınacaqlıdır:
“BDU-nun yataqxanası yenidən tikilmək adı ilə sökülsə də, uzun müddətdir heç bir iş aparılmır. Hazırda 20 mindən çox tələbəsi olan universitetin cəmi bir yataqxanası var və o da 150-200 nəfəri yerləşdirə bilir. Digər böyük tələbə şəhərciklərinə malik universitetlərin də yataqxanaları demək olar ki, dağıdılıb”.
Məzahir Məmmədli əlavə edib ki, ölkədə universitetlərin əksəriyyəti artıq publik hüquqi şəxs statusuna keçib və onlar üçün hər bir tələbədən gələn maliyyə əsas rol oynayır:
“Ona görə də güzəştlərin tətbiqini real hesab etmirəm. Yalnız şəhid və qazi ailələrindən olan tələbələrə müəyyən güzəştlər mümkündür”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















