Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi KONKRET

17.09.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub.

KONKRET.az Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da 12:40-da hündürlükdən yıxılma səbəbi ilə 1935-ci il təvəllüdlü şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tədbirlərə baxmayaraq saat 14:00-da bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Q.Məmmədova birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью