Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub.
KONKRET.az Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da 12:40-da hündürlükdən yıxılma səbəbi ilə 1935-ci il təvəllüdlü şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tədbirlərə baxmayaraq saat 14:00-da bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Q.Məmmədova birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 17 Sentyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















