Səhiyyə Nazirliyi donuz qripi ilə bağlı açıqlama yaydı | Icma.az
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Laboratoriyaya daxil olan virus xəstəliklərinə şübhəli insanlardan götürülmüş yaxmalarda
Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Ötən ilin sentyabr ayından etibarən qripin spesifik profilaktikası üçün ölkəyə 4 valentli peyvəndlər gətirilib və ambulator tibbi xidmət göstərən tibb müəssisəllərində əhali bundan yararlanıb.
Donuz qripindən qeyri-spesifik qorunma tədbirləri digər respirator virus infeksiyaları ilə eynilik təşkil edir və əhali bu haqda mütəmadi məlumatlandırılır.
Zəruri hallarda daha ciddi əksepidemik tədbirlər görülə bilər. Donuz qripinin fərqləndirici xüsusi əlamətləri yoxdur.
Mövsümi qrip kimi seyr edir. Özündə respirator xəstəlik əlamətlrini hiss edən hər bir şəxs birinci növbədə özünü təcrid etməlidir.
Risk qrupunda olanlar dərhal, sağlam insanlar isə 3 gündən sonra vəziyyəti pisləşdikdə, fəsadlaşma baş verdikdə həkimə müraciət etməlidir.
Qrip diaqnozunun qoyulması üçün burun-udlaqdan yaxmanın götürülməsi və xüsusi laboratoriyada təsdiqlənməsi tələb olunur.
Tam oxu
Xəbəri oxu