Səhiyyə Nazirliyi donuz qripi ilə bağlı açıqlama yaydı
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Laboratoriyaya daxil olan virus xəstəliklərinə şübhəli insanlardan götürülmüş yaxmalardan donuz qripi aşkar edilməyib.
Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Ötən ilin sentyabr ayından etibarən qripin spesifik profilaktikası üçün ölkəyə 4 valentli peyvəndlər gətirilib və ambulator tibbi xidmət göstərən tibb müəssisəllərində əhali bundan yararlanıb. Donuz qripindən qeyri-spesifik qorunma tədbirləri digər respirator virus infeksiyaları ilə eynilik təşkil edir və əhali bu haqda mütəmadi məlumatlandırılır. Zəruri hallarda daha ciddi əksepidemik tədbirlər görülə bilər.
Donuz qripinin fərqləndirici xüsusi əlamətləri yoxdur. Mövsümi qrip kimi seyr edir. Özündə respirator xəstəlik əlamətlrini hiss edən hər bir şəxs birinci növbədə özünü təcrid etməlidir. Risk qrupunda olanlar dərhal, sağlam insanlar isə 3 gündən sonra vəziyyəti pisləşdikdə, fəsadlaşma baş verdikdə həkimə müraciət etməlidir. Qrip diaqnozunun qoyulması üçün burun-udlaqdan yaxmanın götürülməsi və xüsusi laboratoriyada təsdiqlənməsi tələb olunur. Qripə qarşı istifadə olunan antiviral dərman yalnız təsdiqlənmiş infeksiya hallarında verildikdə efektivdir. Ağır gedişli, fəsadlaşmış qripli xəstələri hava-damcı infeksiyaları üçün nəzərdə tutulmuş infeksion şöbələrə yerləşdirmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Fevral 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















