Səhiyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür Komitə sədri

22.01.2026

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Burada Səhiyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Onkoloji xəstələrin müalicəsi spesifikdir. Bu xəstələrin müayinə və əməliyyatı üçün elə özəl klinikalar var ki, bütün avadanlıqları mövcuddur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, ancaq orada çalışan mütəxəssis məsələsi var:

"Yüksək ixtisaslı onkoloq-mütəxəssis olmadan keyfiyyətli müalicəni həyata keçirmək olmaz. Səhiyyə Nazirliyinin müvafiq orqanları klinikalarda çox ciddi monitorinq aparmalıdırlar. Baxmalıdırlar ki, özəl klinikaların hansında bu xəstələrin mülaicəsi üçün imkan var. Xüsusilə kadr potensialı olan özəl tibb müəssisələrinə sertifikat verilməlidir. Onkoloji xəstələrin müalicəsi yalnız cərrahi müalicə deyil. Onkoloji xəstələrin müalicəsinin bir neçə komponenti var".

Qeyd edək ki, Azərbaycanda onkoloji yardım özəl tibb müəssisələrində də həyata keçiriləcək. Bununla bağlı “Onkoloji yardım haqqında” qanuna dəyişiklik təklif olunur.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью