Səhiyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür Komitə sədri
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Burada Səhiyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Onkoloji xəstələrin müalicəsi spesifikdir. Bu xəstələrin müayinə və əməliyyatı üçün elə özəl klinikalar var ki, bütün avadanlıqları mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, ancaq orada çalışan mütəxəssis məsələsi var:
"Yüksək ixtisaslı onkoloq-mütəxəssis olmadan keyfiyyətli müalicəni həyata keçirmək olmaz. Səhiyyə Nazirliyinin müvafiq orqanları klinikalarda çox ciddi monitorinq aparmalıdırlar. Baxmalıdırlar ki, özəl klinikaların hansında bu xəstələrin mülaicəsi üçün imkan var. Xüsusilə kadr potensialı olan özəl tibb müəssisələrinə sertifikat verilməlidir. Onkoloji xəstələrin müalicəsi yalnız cərrahi müalicə deyil. Onkoloji xəstələrin müalicəsinin bir neçə komponenti var".
Qeyd edək ki, Azərbaycanda onkoloji yardım özəl tibb müəssisələrində də həyata keçiriləcək. Bununla bağlı “Onkoloji yardım haqqında” qanuna dəyişiklik təklif olunur.
Anar Kəlbiyev
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















