Səhnəmizin ilk Leylisi Vasif Quliyev yazır | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat verir. Vasif QULİYEVÜzeyir bəy Hacıbəyov çoxdan bəri üzərində işlədiyi “Leyli və Məcnun” operası
Amma əsas məsələ hələ qalırdı: rolların ifaçılarını tapmaq!
Bu məsələni həll eləmək üçün gənc bəstəkar yaxından tanıdığı, ərki çatdığı dost-tanışlarını “İslamiyyə” mehmanxanasında kiçik qardaşı Ceyhun bəylə birlikdə yaşadığı mənzilə dəfələrlə məsləhət-məşvərətə çağırmışdı.
O, bu nəcib işə, ilk növbədə, xorda oxumaq və orkestrdə çalmaq üçün seminariya yoldaşlarını cəlb eləmişdi.
Onlardan beli bağlı idi, bilirdi ki, keçmiş tələbə dostları onu heç vaxt darda qoymazlar.
Mənzilinə dəvət elədiyi tanışlarından bəziləri öz xeyirxah məsləhətlərini əsirgəməmiş, bəziləri isə hətta səhnəyə çıxmağa dərhal razılıq vermişdilər.
Üzeyir bəyin özü isə skripkada çalacaqdı. Rejissorluğu Hüseyn Ərəblinski, dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev eləyəcəkdi.
Baş rollardan birinin - Məcnunun da ifaçısı məlum idi: Hüseynqulu Sarabski!
Tam oxu
Xəbəri oxu