Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
İftixar Piriyevin həyat və teatr hekayəsi Bu gün bir sənət insanının həyatı, səhnədə və ekranda qoyduğu izlər xatırlanır.
Teatr və kino aktyoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev 65 yaşını qeyd edir.
65 sadəcə rəqəm deyil, bu, həyatın, sənətin və insan ruhunun dərinliyini göstərən bir mərhələdir.
Bu yaşda hər təbəssüm, hər baxış, hər söz illərin təcrübəsi, müdrikliyi və sənət zənginliyi ilə doludur. İ.
Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib.
Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Burada o, müxtəlif səpkili və xarakterli 30-dan çox obraz yaradıb.