Icma.az
close
up
RU
Səhnənin və ömrün 65 ili...

Səhnənin və ömrün 65 ili...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İftixar Piriyevin həyat və teatr hekayəsi

Bu gün bir sənət insanının həyatı, səhnədə və ekranda qoyduğu izlər xatırlanır. Teatr və kino aktyoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev 65 yaşını qeyd edir. 65 sadəcə rəqəm deyil, bu, həyatın, sənətin və insan ruhunun dərinliyini göstərən bir mərhələdir. Bu yaşda hər təbəssüm, hər baxış, hər söz illərin təcrübəsi, müdrikliyi və sənət zənginliyi ilə doludur.

İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Burada o, müxtəlif səpkili və xarakterli 30-dan çox obraz yaradıb.

Aktyor bir çox ədəbi-bədii verilişlərdə də çıxış edib, “Ozan” folklor toplusunun aparıcısı olub. 1990-cı ildə özəl Azərbaycan Milli “Dastan” Teatrını yaradıb, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. Çoxşaxəli fəaliyyət növü ilə məşğul olan həmin teatrın nəzdində yaratdığı “Dastan” turizm şirkətinə də rəhbərlik etmişdi.

O, 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunur. Beləliklə, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə bərpa rəhbəri təyin edilir.

İ.Piriyev 2000-ci ildən etibarən isə İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub. Aktyor müsahibələrinin birində qeyd edib ki, 2000-ci ildə bu teatra rəhbər təyin olunduqdan sonra teatrın köhnə ənənələrini davam etdirmək üçün bu istiqamətdə addımlar atmağa çalışır: “İrəvan teatrının tarixində bu tipli addımlar mövcuddur. Hələ İrəvanda fəaliyyət göstərərkən keçən əsrin əvvəllərindən başlayaraq görkəmli sənətkarlar dəvət əsasında bu teatrla həm rejissor, həm aktyor qismində əməkdaşlıq ediblər. 2000-ci ildən bu günə qədər bir neçə tamaşada hətta Gürcüstandan, Dağıstandan aktyorlar dəvət etməklə, respublika və beynəlxalq miqyaslı layihələr həyata keçirmişik. Səhnələşdirdiyimiz “Qanlı qızıl toy” tamaşasına xalq artisti Rafael Dadaşovu dəvət etmişdik. Bizim də Akademik Milli Dram Teatrına dəvət alan aktyorlarımız var idi. Bəzi rolları oynamaq üçün əməkdaşlıq edirik.

İrəvan teatrı vaxtilə deportasiya həyatı yaşadığına və ölkəmiz Ermənistanla müharibə şəraitində olduğuna görə, repertuarımızda əsərlərin çox hissəsi vətənpərvər mövzular da olur”.

İ.Piriyev 16 oktyabr 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub. Bundan başqa, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.

Bu gün sənətçinin gözlərində minlərlə obraz canlanır, o, yalnız aktyor deyil, zamanın özü ilə dialoq aparmış, hər rolu ilə insan qəlbinə toxunmuş biridir. Bu yaşda hər uğur daha dəyərli, hər xatirə daha parlaq görünür. 65 il isə səhnədəki səssiz baxışların, kameranın önündəki duyğuların və tamaşaçının qəlbində qalacaq izlərin məcmusudur. Onun həyat yolu göstərir ki, sənət insanı yaşla deyil, qoyduğu işıqla ölçülür.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri