Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Buna inanmaq çətindir, lakin müasir balinaların əcdadları qədim zamanlarda quru heyva
Bunun necə baş verdiyi uzun müddət sirr olaraq qalırdı. Lakin ərəbcə "Balina vadisi" mənasını verən Vadi-el-Hitanın kəşfi hər şeyi dəyişib.
Qaynarinfo xəbər verir ki, bunu "IFLScience" yazıb. "Balina vadisi" Misirin Qərb səhrasında yerləşən və dünyanın ən böyük qədim balina qəbir
Tədqiqatçılar burada 400-dən çox demək olar ki, tam saxlanılmış tarixöncəsi bu heyvanların skeletlərini tapıb.
Onların çoxu təxminən 40 milyon il əvvələ - indiki Səhranın bir hissəsinin Tethis dənizi ilə örtülü olduğu dövrə aiddir.
Fosil qalıqları sübut edir ki, bu, balinaların tarixində həlledici mərhələ olub - arxeosetlərin dövrü, yəni quru ilə dəniz arasında keçid əlaqəsi olan ən qədim məlum balina yarımdəstəsi.
"Bu fossil qalıqları əsas evolüsiya hekayələrindən birini əks etdirir: balinanın əvvəlki quru həyatından sonra dəniz məməlisi kimi meydana çıxması.
Bu mərhələni nümayiş etdirmək üçün bu dünyanın ən vacib yeridir", deyə 2005-ci ildə "Balina vadisi" Ümumdünya irsi siyahısına daxil ediləndə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qərarında qeyd olunur.