Səidə Sübhi: Bəzi insanlar incəsənətə həyat musiqisi, digərləri ömrün mənası kimi baxır AZ…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 yanvar, Anara Axundova, AZƏRTAC Onun poeziyası formaca özü kimi kövrəkdir, lakin daxilən inanılmaz dərəcədə güclüdür.
İncə və dərin. Misralar sanki uçur, amma onları oxuduqca məzmun dərinliyinə varırsan, sözlərin ağırlığını, mənasını hiss edirsən.
Əgər onun öz şeirlərini söylədiyini eşitmək nəsib olubsa, özünüzü şanslı sayın, çünki Səidə həm də bənzərsiz, maraqlı, başqalarından fərqli olan gözəl qiraətçi və sənətkardır.
Həmsöhbətimiz müasir Azərbaycan şairəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Somnambula” poeziya toplusunun müəllifi, bir çox respublika və beynəlxalq poeziya müsabiqələrinin və festivallarının iştirakçısı və laureatı Səidə Sübhidir.
- Səidə, keçmişin və ya dövrümüzün hansı şairini ziyarət etmək istərdiniz?
Ondan nəyi soruşacaqdınız?- Boris Leonidoviç Pasternakın yanına gedərdim.
Əvvəla, o, mənə çox yaxındır - istedadına, zəhmətinə heyran olduğum şairdir. Müəyyən mənada onu öz müəllimim hesab edirəm.
Tam oxu
Xəbəri oxu