Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az Nərmin Kamalın Nihad Fəlsəfehin şeirləri haqqında yazısını təqdim edir.
“Dəli yoxdu e, Nərmin, dəli yoxdu. Kimə baxırsan müdrikdir. Gəncləri deyirəm”.
Seymur Baycan Bugünlərdə şair, esseist, tərcüməçi Nicat Məmmədovun yeni şeir kitablarını oxudum və bənzərlərinə axırıncı dəfə 2000-ci illərin əvvəlində “Alatoran” jurnalı ətrafındakı kiçik mühitdə rast gəldiyim azad ruhlu, dəlisov, avanqard şairi tanıdım.
Nicat Məmmədovun “Neprerıvnost-Aramsızlıq-Continuity” şeirlər kitabı haqda artıq nəcib bir esse yazılıb, kitab haqda nə lazımdırsa, orada göstərilib.
Mən yalnız onun “Nihad Fəlsəfeh. Qızıl səslər” kitabından söz açacağam.
Kitabda bayatılar, mədhiyyələr, haykular, portretlər, ağ şeirlər və “Qızıl səslər” poeması var.
Bu şeirlər ənənəvi Nicat Məmmədov şeirləri deyil, müəllifin daxili aləmindəki ikinci, tamamilə müstəqil şairin səsidir.
Nihad Fəlsəfehin şeirlərində dilin ən hörmətli sözləri (dünya, insan, həqiqət, həyat, ölüm, məna və s.) ilə dilin ən hörmətsiz sözləri (dilçilərin vulqar dediyi sözlər) görüşür.