Icma.az, sport24.az saytına istinadən bildirir. Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı müəyyənləşib.
Sport24.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü matçında "Şəki" "doğma divarlar" arasında "Gəncə"ni məğlub edib.
Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında ilk oyunda "Şəki" (85:84), ikinci matçda isə "Gəncə" (94:71) qələbə qazanmışdı.
Bu gün keçiriləcək digər matçda "Abşeron" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda "Naxçıvan" 88:83 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, daha əvvəl "Sabah" və "Neftçi" də yarımfinala vəsiqə qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.