Şəki üçüncü yarımfinalçı oldu
Icma.az, sport24.az saytına istinadən bildirir.
Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı müəyyənləşib. Sport24.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü matçında "Şəki" "doğma divarlar" arasında "Gəncə"ni məğlub edib.
Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında ilk oyunda "Şəki" (85:84), ikinci matçda isə "Gəncə" (94:71) qələbə qazanmışdı.
Bu gün keçiriləcək digər matçda "Abşeron" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda "Naxçıvan" 88:83 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, daha əvvəl "Sabah" və "Neftçi" də yarımfinala vəsiqə qazanıb.
Baxış sayı:146
Bu xəbər 22 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















