Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“8 sentyabr 2026-cı il tarixində “Şəki yaylası” istirahət mərkəzində 27 yaşlı oğlum Ucal Bayramov və 30 yaşlı dostu Coşqun Məmmədov həyatlarını itirdilər.
“Şəki yaylası” deyilən bu ölüm maşını özündə çox-çox sirlər gizlədir. Bu sirlər Azərbaycan toplumuna bəlii olduqca, onlar da bu ölüm maşınının necə işlədiyinin şahidi olacaqlar, inşallah. Çünki insan deyilən varlıqda mərhəmət və şəfqət, sevgi və can yanğısı, ləyaqət və urvatsız olur.
Sərvət, var-dövlət bu duyğuları öldürdükcə insanda harınlıq və tiranlıq baş qaldırır. Və bu tiranlıq hər dəfə toplumdan qurbanlıqlar qoparır. Bu dəfə bu tiranlığın qurbanları Azərbaycanımızın iki gənc övladı oldu. Növbəti qurbanlar kim olacaq? Bu növbədə hər birimiz varıq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu mərhum Ucal Bayramovun atası Asif Bayramov sosial şəbəkə hesabında yazıb.
“Evliliyinin bir illiyini öz dostu ilə təntənəli şəkildə qeyd etmək, gənc ömürlərinin xoşbəxt səhifələrinə doyunca sevimli, unudulmaz anlar yazmaq, sonra bu anları gələcək xatirələrində sevə-sevə yaşamaq üçün “Şəki yaylası”na gedən oğlum Ucal bu susdurulmayan ölüm maşınına tuş gəldi. Bu qətl hər iki gəncin doğmalarının, əzizlərinin, dostlarının sinələrinə çalın-çarpaz dağ çəkdi.
Mən də ürəklərə dağ çəkən qatilləri qanunun, ədalətin, haqqın dağlayacağı inamı ilə yaşayan o ümidli insanların sırasına qoşuldum. Mən ümidimin arxasında dayanmaq üçün dövlətimin haqq divanına səslənirəm. Sevgisini daim bağrımın başında gəzdirdiyim ey ulu dövlətim, bizi tiranlardan xilas elə!”,-deyə o bildirib.
A.Bayramov faciə ilə nəticələnən o məşum hadisəni özündən xəbərsiz telefonunun kamerasına köçürən, bu dəhşəti lentə alan şahidlərdən birindən danışıb:
“O, zehninin bütün gücünü toparlasa da, həmin dumanlı səhnənin kadrlarını sonacan aydınlaşdıra bilmir. Çünki o həmin anda affekt vəziyyətində, şok halında idi. Həmin anda onun zehni donmuşdu, reallıq onun şüurunda sönmüşdü. O, bu dumanlı səhnələr içərisindən bir nəfərin ona yaxınlaşdığını xatırlayır”.
A.Bayramovun sözlərindən aydın olur ki, hadisə baş verən o anlarda bir nəfər həmin şahidə (söhbət Coşqun Məmmədovun Nazlı xanımdan gedir-red.) yaxınlaşaraq özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edib və “Telefonuna nəsə çəkibsənmi?”,- deyə soruşub.
Daha sonra kimliyi bəlli olmayan şəxs telefonu götürərək “Onda telefonunu ver, baxım”,- deyib. Nişanlısının dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər çəkdiyi xoşbəxt anlara dönmək ümidi ilə telefonuna baxsa da, kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silindiyini görüb: “Özü də təkcə onun mənim telefonumdan deyil, göndərdiyi bütün ünvanlardan silinib”.
A.Bayramov hadisənin araşdırılmasını və günahkarların cəzalandırılmasını bir daha tələb edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin