Icma.az
close
up
RU
“Şəki yaylası”ndakı hadisəni şahidin telefonundan kim silib?

“Şəki yaylası”ndakı hadisəni şahidin telefonundan kim silib?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“8 sentyabr 2026-cı il tarixində “Şəki yaylası” istirahət mərkəzində 27 yaşlı oğlum Ucal Bayramov və 30 yaşlı dostu Coşqun Məmmədov həyatlarını itirdilər.

“Şəki yaylası” deyilən bu ölüm maşını özündə çox-çox sirlər gizlədir. Bu sirlər Azərbaycan toplumuna bəlii olduqca, onlar da bu ölüm maşınının necə işlədiyinin şahidi olacaqlar, inşallah. Çünki insan deyilən varlıqda mərhəmət və şəfqət, sevgi və can yanğısı, ləyaqət və urvatsız olur.

Sərvət, var-dövlət bu duyğuları öldürdükcə insanda harınlıq və tiranlıq baş qaldırır. Və bu tiranlıq hər dəfə toplumdan qurbanlıqlar qoparır. Bu dəfə bu tiranlığın qurbanları Azərbaycanımızın iki gənc övladı oldu. Növbəti qurbanlar kim olacaq? Bu növbədə hər birimiz varıq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu mərhum Ucal Bayramovun atası Asif Bayramov sosial şəbəkə hesabında yazıb.  

“Evliliyinin bir illiyini öz dostu ilə təntənəli şəkildə qeyd etmək, gənc ömürlərinin xoşbəxt səhifələrinə doyunca sevimli, unudulmaz anlar yazmaq, sonra bu anları gələcək xatirələrində sevə-sevə yaşamaq üçün “Şəki yaylası”na gedən oğlum Ucal bu susdurulmayan ölüm maşınına tuş gəldi. Bu qətl hər iki gəncin doğmalarının, əzizlərinin, dostlarının sinələrinə çalın-çarpaz dağ çəkdi.

Mən də ürəklərə dağ çəkən qatilləri qanunun, ədalətin, haqqın dağlayacağı inamı ilə yaşayan o ümidli insanların sırasına qoşuldum. Mən ümidimin arxasında dayanmaq üçün dövlətimin haqq divanına səslənirəm. Sevgisini daim bağrımın başında gəzdirdiyim ey ulu dövlətim, bizi tiranlardan xilas elə!”,-deyə o bildirib.

A.Bayramov  faciə ilə nəticələnən o məşum hadisəni özündən xəbərsiz telefonunun kamerasına köçürən, bu dəhşəti lentə alan şahidlərdən birindən danışıb:

“O, zehninin bütün gücünü toparlasa da, həmin dumanlı səhnənin kadrlarını sonacan aydınlaşdıra bilmir. Çünki o həmin anda affekt vəziyyətində, şok halında idi. Həmin anda onun zehni donmuşdu, reallıq onun şüurunda sönmüşdü. O, bu dumanlı səhnələr içərisindən bir nəfərin ona yaxınlaşdığını xatırlayır”.

A.Bayramovun sözlərindən aydın olur ki, hadisə baş verən o anlarda bir nəfər həmin şahidə (söhbət Coşqun Məmmədovun Nazlı xanımdan gedir-red.) yaxınlaşaraq özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edib və “Telefonuna nəsə çəkibsənmi?”,- deyə soruşub.

Daha sonra kimliyi bəlli olmayan şəxs telefonu götürərək “Onda telefonunu ver, baxım”,- deyib.  Nişanlısının dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər  çəkdiyi xoşbəxt anlara dönmək ümidi ilə telefonuna baxsa da, kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silindiyini görüb: “Özü də təkcə onun mənim telefonumdan deyil, göndərdiyi bütün ünvanlardan silinib”.

A.Bayramov hadisənin araşdırılmasını və günahkarların cəzalandırılmasını bir daha tələb edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri