Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Ölkə.Az xəbər verir ki, yayılan məlumatlarda səhvən başqa Günay Məsimovanın fotolarından istifadə edilib.
Qalmaqallı xəbərlərlə bağlı sosial şəbəkələrdə fotosu yayılan şəxs isə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun qızı Günay Məsimovadır.
Vəziyyətə aydınlıq gətirən G.Məsimova bu barədə sosial şəbəkələrdə yazıb. “Mən Günay Məsimova Baba qızı.
Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam.
Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə.
Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə London səfərlərim iş xarakteri daşıyır.
Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır.