Icma.az
close
up
RU
Şəkilləri səhv düşdü, gündəm qarışdı: Mənim milyonlarım yoxdur FOTO

Şəkilləri səhv düşdü, gündəm qarışdı: Mənim milyonlarım yoxdur FOTO

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə iddialar yayılıb.

Ölkə.Az xəbər verir ki, yayılan məlumatlarda səhvən başqa Günay Məsimovanın fotolarından istifadə edilib.

Qalmaqallı xəbərlərlə bağlı sosial şəbəkələrdə fotosu yayılan şəxs isə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun qızı Günay Məsimovadır.

Vəziyyətə aydınlıq gətirən G.Məsimova bu barədə sosial şəbəkələrdə yazıb.
“Mən Günay Məsimova Baba qızı.
Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. 
Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. 
Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə. 
Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə London səfərlərim iş xarakteri daşıyır. 

Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur. 
Xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. “Gunay Masimova” yazıb axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil. 
Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur - şeirlə, sənətlə, düzgün iş və əməllə”, - deyə o əlavə edib.

Qeyd edək ki, AMEA prezidenti İsa Həbibbəyli açıqlamasında qızı barədə yayılan məlumatların həddindən artıq şişirdildiyini deyib. O bildirib ki, qızının çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. 

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri