Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Dünya futbol tarixində misli-bərabəri olmayan bir hadisə var: Qarabağ Futbol Klubu tam otuz il öz doğma yurdundan – Ağdamdan uzaqda, işğal altındakı torpaqlarının nisgili ilə Bakıda oyunlara çıxıb".
Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Bu, təkcə idman tarixi deyil, milli yaddaşın, siyasi mübarizənin və dövlət iradəsinin futbola çevrilmiş formasıdır.
Torpağı işğal olunmuş, şəhəri yerlə-yeksan edilmiş və buna baxmayaraq Avropanın ən nüfuzlu futbol turnirlərində mübarizə aparan başqa bir klub dünya futbol salnaməsində yoxdur.
Bu gün Qarabağ Futbol Komandasının UEFA Çempionlar Liqasında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlməsi sadəcə idman nailiyyəti kimi qiymətləndirilə bilməz.
Bu qələbə Avropanın uzun illər boyu Ermənistan işğalına göz yuman, ikili standartlar nümayiş etdirən siyasi dairələrinə verilmiş sakit, lakin son dərəcə təsirli cavabdır.
Bu cavab güc dili ilə yox, yumşaq güc vasitəsilə, təzyiqlə yox, mədəni və idman diplomatiyası ilə verilir.