Icma.az
close
up
RU
Səlçuk Karakılıç: Yumşaq gücün meydandakı Təcəssümü və İlham Əliyevin Tarixi Zəfərinin Avropa üzərində təsdiqi

Səlçuk Karakılıç: Yumşaq gücün meydandakı Təcəssümü və İlham Əliyevin Tarixi Zəfərinin Avropa üzərində təsdiqi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dünya futbol tarixində misli-bərabəri olmayan bir hadisə var: Qarabağ Futbol Klubu tam otuz il öz doğma yurdundan – Ağdamdan uzaqda, işğal altındakı torpaqlarının nisgili ilə Bakıda oyunlara çıxıb".

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib. 

"Bu, təkcə idman tarixi deyil,  milli yaddaşın, siyasi mübarizənin və dövlət iradəsinin futbola çevrilmiş formasıdır. Torpağı işğal olunmuş, şəhəri yerlə-yeksan edilmiş və buna baxmayaraq Avropanın ən nüfuzlu futbol turnirlərində mübarizə aparan başqa bir klub dünya futbol salnaməsində yoxdur.

Bu gün Qarabağ Futbol Komandasının UEFA Çempionlar Liqasında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlməsi sadəcə idman nailiyyəti kimi qiymətləndirilə bilməz. Bu qələbə Avropanın uzun illər boyu Ermənistan işğalına göz yuman, ikili standartlar nümayiş etdirən siyasi dairələrinə verilmiş sakit, lakin son dərəcə təsirli cavabdır. Bu cavab güc dili ilə yox, yumşaq güc vasitəsilə, təzyiqlə yox, mədəni və idman diplomatiyası ilə verilir.

Qarabağ FK otuz il boyunca “evsiz klub” olaraq yaşadı. Lakin bu didərginlik onu zəiflətmədi, əksinə möhkəmləndirdi. Klubun hər Avropa səfəri, hər beynəlxalq oyunu Qarabağ həqiqətlərinin Avropa stadionları və ekranları vasitəsilə dünya ictimaiyyətinə ötürülməsi oldu. Avropa futbolsevərləri və jurnalistləri istər-istəməz eyni sualı verdilər: “Niyə bu komanda öz şəhərində oynamır?”

Bu sualın cavabı illər boyu Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tribunalarda qətiyyətlə səsləndirdiyi həqiqətlə üst-üstə düşürdü: “Çünki Qarabağ işğal altında idi.” Beləliklə, Qarabağ FK rəsmi diplomatiyanın söylədiklərini emosional təsir gücü daha yüksək olan futbol dili ilə anlatdı. Bu, yumşaq güc anlayışının ən təsirli formalarından biridir. 

 Avropa Üçün Futbol – Diplomatiyadır 

Avropa dövlətləri və klubları futbolu çoxdan strateji diplomatik alətə çeviriblər. “Barselona” Kataloniyanın siyasi-mədəni kimliyini, “Bayern” Alman dövlət nizamını, “Manchester United” Britaniyanın qlobal cazibə mərkəzini təmsil edir. Futbol Avropa üçün simpatiya yaratmaq, imic formalaşdırmaq və təsir dairəsini genişləndirmək vasitəsidir.

Qarabağ FK bu sistemə daha gec daxil olsa da, daha dərin və haqlı məzmunla çıxdı. Klub Avropaya açıq mesaj verdi: “Biz buradayıq. Tariximiz, haqqımız və qayıdışımız var.” Qarabağ FK-nın etik davranışı, intizamlı oyunu və sakit gücü Avropa ictimai rəyində Azərbaycana qarşı formalaşdırılmış stereotipləri tədricən dağıtdı. Bu böyük idman–diplomatik hekayənin mərkəzində tarixi bir liderlik dayanır. Prezident İlham Əliyev Qarabağ məsələsini təkcə hərbi güclə deyil, siyasi uzaqgörənlik, diplomatik ardıcıllıq və prinsipial mövqe ilə həll etdi. O, beynəlxalq hüquqa söykənərək, illərlə davam edən ədalətsiz status-kvonu darmadağın etdi və Qarabağ işğalına son qoydu. 

İlham Əliyev tarixə Azərbaycanı qalib dövlətə çevirən, Qarabağı azad edən qəhrəman Ali Baş Komandan kimi daxil oldu. Onun siyasi masada qazandığı bu tarixi zəfər Qarabağ FK-nın Avropa meydanlarında qazandığı uğurlarla bir-birini tamamlayır. Bu paralellik təsadüfi deyil, bu, vahid dövlət strategiyasının müxtəlif sahələrdə təzahürüdür. Qarabağ FK bu gün Prezident İlham Əliyevin apardığı siyasi mübarizənin mədəni və idman sahəsindəki davamıdır. Klubun Avropadakı hər oyunu Azərbaycanın haqq səsinin daha geniş auditoriyaya çatdırılması deməkdir. Meydanda qazanılan qələbələr siyasi bəyanatlardan daha inandırıcı, rəsmi çıxışlardan daha təsirli olur.

Bu gün Qarabağ adı Avropada sadəcə futbol klubu kimi yox, bir tarixin, bir mübarizənin və bir qayıdışın simvolu kimi qəbul edilir. Bu, İlham Əliyevin qurduğu güclü dövlət modelinin yumşaq güc potensialının bariz nümunəsidir". 

S.Karakılıç onu da qeyd edib ki, bu mərhələdə azərbaycanlı iş adamları üçün mühüm bir məsuliyyət yaranıb: "Qarabağ Futbol Klubuna dəstək vermək sadəcə sponsorluq deyil. Bu, uzunmüddətli dövlət maraqlarına xidmət edən strateji sərmayədir. Qarabağ FK yumşaq güc mexanizmləri vasitəsilə Azərbaycanı dünya ictimaiyyətinə doğru, ləyaqətli və cəlbedici şəkildə tanıdır, Azərbaycana qarşı simpatiya yaradır.

Bu simpatiya zamanla turizmə, investisiyaya, ticarət əlaqələrinə çevrilir. Bu gün Qarabağ FK sayəsində Azərbaycanla tanış olan Avropa futbolsevəri sabah Qarabağa səfər edən turist, Azərbaycana sərmayə yatıran iş adamı ola bilər. Yumşaq gücün iqtisadi dividendləri məhz belə formalaşır. Artıq Azərbaycan mədəni və idman diplomatiyasına daha geniş və daha cəsarətli prizmadan baxmalıdır. Qarabağ FK-nın institusional şəkildə gücləndirilməsi, onun Avropadakı mövqeyinin daha da möhkəmləndirilməsi dövlət strategiyasının təbii davamı olmalıdır. Eyni zamanda Azərbaycan kinosuna, musiqisinə, yaradıcı sənayelərə verilən dəstək də eyni strateji xəttin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 

Bir güclü film, bir beynəlxalq festivalda səslənən Azərbaycan musiqisi, Avropa səhnələrində çıxış edən sənətçilər də Qarabağ FK kimi ölkənin yumşaq güc arsenalına daxildir. Bunlar birlikdə işlədikdə Azərbaycanın qlobal təsir gücü qat-qat artır. Qarabağ Futbol Klubu artıq sadəcə idman komandası deyil. O, Azərbaycanın mədəni və idman diplomatiyasının canlı nümunəsidir. Prezident İlham Əliyevin siyasi və diplomatik zəfəri meydanda futbol dili ilə danışır. Bu sintez sübut edir ki, güclü liderlik olduqda siyasət də, idman da, mədəniyyət də eyni milli məqsədə xidmət edə bilir.

Qarabağ FK meydanda oynayır, İlham Əliyev siyasi masada qalib gəlir. Nəticədə isə qalib olan Azərbaycan dövləti, Qarabağ həqiqətləri və Azərbaycanın gələcəyidir. 

Bu, bir futbol klubunun hekayəsi deyil. Bu, müasir Azərbaycanın yumşaq güc üzərindən yazdığı tarixi uğur dastanıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri