“Seltik” çempionluq sayında əzəli rəqibinə çatdı! | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şotlandiya çempionatının 2024/25 mövsümü çempionluq yarışında rəqabətin əhəmiyyətli dərəcədə zəifləməsi ilə yadda qaldı.
"Football-plus.az" xəbər verir ki, “Reyncers” dörd ildən sonra titulu geri qaytarmaq üçün çox çalışdı, lakin əzəli rəqibi “Seltik”in böyük qüdrəti qarşısında növbəti dəfə aciz qaldı.Şərikli rekordçuƏvvəlki üç mövsümdə çempion olan “Seltik”in titulu qorumaq şansı yüksək dəyərləndirilirdi.
“Keltlər” heyətinə görə “Reyncers”i açıq-aşkar üstələyirdilər.
Əvvəlki mövsüm ərəfəsində 4 ildən sonra Şotlandiyanın paytaxtına geri çağırılan Brendan Rocersin sərəncamında geniş heyət vardı.
Futbolçuların yarıdan çoxunun çempionluq təcrübəsinə malik olması “yaşıl-ağlar” üçün daha bir üstünlük sayılırdı.
Nəticə elə gözlənildiyi kimi oldu: ardıcıl 4-cü dəfə Şotlandiyanın ən güclüsü olan “Seltik” son 14 mövsümdə 13-cü (!) çempionluğunu qazandı.
Diqqəti cəlb edən əsas fakt isə “zolaqlılar”ın tarixində 55-ci çempionluğunu rəsmiləşdirməklə “Reyncers”in rekordunu təkrarlamaları oldu!Qeyd edək ki, Rocers komandanı daha əvvəl də uğurla çalışdırmışdı.
Tam oxu
Xəbəri oxu