Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Seltik” çempionluq sayında əzəli rəqibinə çatdı!

“Seltik” çempionluq sayında əzəli rəqibinə çatdı!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şotlandiya çempionatının 2024/25 mövsümü çempionluq yarışında rəqabətin əhəmiyyətli dərəcədə zəifləməsi ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, “Reyncers” dörd ildən sonra titulu geri qaytarmaq üçün çox çalışdı, lakin əzəli rəqibi “Seltik”in böyük qüdrəti qarşısında növbəti dəfə aciz qaldı.
Şərikli rekordçu
Əvvəlki üç mövsümdə çempion olan “Seltik”in titulu qorumaq şansı yüksək dəyərləndirilirdi. “Keltlər” heyətinə görə “Reyncers”i açıq-aşkar üstələyirdilər. Əvvəlki mövsüm ərəfəsində 4 ildən sonra Şotlandiyanın paytaxtına geri çağırılan Brendan Rocersin sərəncamında geniş heyət vardı. Futbolçuların yarıdan çoxunun çempionluq təcrübəsinə malik olması “yaşıl-ağlar” üçün daha bir üstünlük sayılırdı. Nəticə elə gözlənildiyi kimi oldu: ardıcıl 4-cü dəfə Şotlandiyanın ən güclüsü olan “Seltik” son 14 mövsümdə 13-cü (!) çempionluğunu qazandı. Diqqəti cəlb edən əsas fakt isə “zolaqlılar”ın tarixində 55-ci çempionluğunu rəsmiləşdirməklə “Reyncers”in rekordunu təkrarlamaları oldu!
Qeyd edək ki, Rocers komandanı daha əvvəl də uğurla çalışdırmışdı. 2016-19-cu illərdə “Seltik” ilə iki çempionluq, üç ölkə və üç Liqa kubokunu qazanan şimali irlandiyalı mütəxəssis bu titulların üzərinə üzərinə son iki mövsümdə daha iki çempionluq, bir ölkə və iki Liqa kubokunu əlavə etdi. Rocersin komandası son mövsümün 33 turluq birinci mərhələsini “Reyncers”dən 15 (!) xal öndə başa vurdu. Həlledici mərhələdə də gücünə şübhə yeri qoymayan “yaşıl-ağlar” çempionatı 92 xalla bitirdilər.
“Seltik” ən çox (112) qol vuran və ən az (26) top buraxan komanda oldu. Rocersin komandası Şotlandiyada daha bir kubok qazandı. “Zolaqlılar” Liqa kubokunun finalında əzəli rəqibi “Reyncers”i əsas və əlavə vaxtı 3:3 nəticələnən matçdan sonrakı penalti seriyasında (5:4) məğlub edərək mövsümü “dubl” ilə başa vurdular!
Maraq doğuran digər fakt kimi Ceyms Forrestin “Seltik”in tarixinə ən titullu oyunçu kimi düşdüyünü də qeyd edək. Komandada 2010-cu ilin mayında debüt edən 34 yaşlı yarımmüdafiəçi indiyədək ölkə çempionatının 336 oyununda meydana çıxıb. O, bu göstəriciyə əsasən klubun ilk “10-luğ”una belə düşməsə də, “keltlər”lə 26 titula sahib çıxmaqla adını rekorda yazdı! 13 dəfə çempion olan Ceyms “Seltik”in formasında ardıcıl 16 mövsüm qol vurmaqla Cimmi Makqrori ilə Pol Maksteyə məxsus rekordu da təkrarladı!
Qeyri-sabit “Reyncers”
“Seltik” ilk turlardan titulu qorumaq iqtidarında olduğunu göstərdi. Amma bu da var ki, Qlazqo derbilərində ümumilikdə “Reyncers”dən geri qaldı. Paytaxt nəhəngləri arasında baş tutan və “Köhnə firma” adlandırılan 4 oyundan ikisi “göylər”in qələbəsi ilə nəticələndi. Mövsümün əvvəlində “Reyncers”in qapısından üç cavabsız top keçirən “keltlər” sonrakı oyunlarda 0:3 və 2:3 hesabıyla uduzdular, bir matç isə 1:1 hesablı heç-heçə ilə nəticələndi.
Derbilərdə üstünlük “Reyncers”in tərəfində olsa da, ölkənin 55 qat çempionu mövsümü əvvəldən axıra qədər qeyri-sabit keçirdi. Nəticədə Filipp Klemanın baş məşqçi vəzifəsindəki fəaliyyəti bu ilin fevralına qədər çəkdi. “Brügge” və “Monako”dakı fəaliyyəti ilə tanınan belçikalının yerinə təyin olunan Barri Ferqyusonun məşçilik təcrübəsi yox idi. Buna baxmayaraq, rəhbərlik vaxtilə “Reyncers”də futbolçu kimi çıxış edən sabiq yarımmüdafiəçiyə komandaya mövsümün sonuna qədər başçılıq etmək fürsəti yaratdı. Gözlənildiyi kimi, “göylər” premyer-liqanı 2-ci yerdə başa vuraraq Çempionlar Liqasına (ÇL) vəsiqə ilə təsəlli tapdılar. Qlazqo nəhənginin mövsümü titulsuz bitirməsini isə xüsusi vurğulayaq.
Qəribə “Aberdin”
Əslində mövsümün əvvəli çox maraqlı alınmışdı. Təəccüb doğuran fakt “Seltik”in ilk 10 turda vahid deyil, şərikli lider mövqeyində olması idi. Amma ölkə nəhəngi kimi 28 xal toplayan “Reyncers” yox, “Aberdin” idi. Gənc norveçli Cimmi Telinin çalışdırdığı komandanın yeganə büdrəməsi “Seltik” ilə səfər oyununda (2:2) baş verdi. Aberdinlilər yekun cədvəldə “Reyncers”i qabaqlayıb ÇL-ə vəsiqə qazanacaqlarına ümid edirdilər. Lakin Telinin komandası 10-cu turdan sonra eniş yaşamağa başladı. Bu enişi həm də “Hibernian”ın inanılmaz yüksəlişi şərtləndirdi. Nəticədə “Aberdin” mövsümü 5-ci, “Hibernian” isə 3-cü yerdə başa vurdu. Amma aberdinlilər hər halda 35 ildən sonra ölkə kubokunu qazanmağa nail oldular.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri