Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mülki aviasiyanın gələcək perspektivləri Müasir dünyanın nəbzi yalnız yerüstü yollarda deyil, göyün mavi dərinliklərində də döyünür.
Qitələri birləşdirən, xalqları yaxınlaşdıran, iqtisadiyyatları canlandıran bu gücün adı mülki aviasiyadır.
Bir zamanlar yalnız xəyal edilən uçuşlar bu gün həyatımızın ayrılmaz parçasına çevrilib.
“Qanadlı əjdahalar” 18-ci əsrin sonları - 19-cu əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların - “qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırlayırdılar.
Bununla da bəşəriyyətin tarixində təyyarə erası başladı. Dekabrın 7-si dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur.
Əlamətdar gün 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən elan olunub.
Mülki Aviasiya Gününün bayram edilməsində məqsəd geniş ictimaiyyəti üzv dövlətlərin sosial və iqtisadi inkişafına mülki aviasiyanın töhfəsini artırmaq idi.