Icma.az
close
up
RU
Səmalara açılan qapı...

Səmalara açılan qapı...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mülki aviasiyanın gələcək perspektivləri

Müasir dünyanın nəbzi yalnız yerüstü yollarda deyil, göyün mavi dərinliklərində də döyünür. Qitələri birləşdirən, xalqları yaxınlaşdıran, iqtisadiyyatları canlandıran bu gücün adı mülki aviasiyadır. Bir zamanlar yalnız xəyal edilən uçuşlar bu gün həyatımızın ayrılmaz parçasına çevrilib.

“Qanadlı əjdahalar”

18-ci əsrin sonları - 19-cu əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların - “qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırlayırdılar. Bununla da bəşəriyyətin tarixində təyyarə erası başladı. Dekabrın 7-si dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur. Əlamətdar gün 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən elan olunub.

Mülki Aviasiya Gününün bayram edilməsində məqsəd geniş ictimaiyyəti üzv dövlətlərin sosial və iqtisadi inkişafına mülki aviasiyanın töhfəsini artırmaq idi. Digər məqsəd BMT-nin xüsusi strukturu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) bəşəriyyətə xidmət edən yüksəksürətli qlobal nəqliyyat şəbəkəsinin yaradılması üzrə səylərin birləşdirilməsi sahəsində unikal rolu haqda məlumatlandırılmasından ibarətdir.

İCAO-nun vəzifələri müxtəlif aspektlidir...

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyası mülki aviasiyada beynəlxalq normaları müəyyən edir, təhlükəsizliyin və səmərəliliyin artırılması məqsədilə onun inkişafını əlaqələndirir. İCAO-nun vəzifələri sırasına təkcə bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin olunması və qaydalı inkişafı deyil, həmçinin təşkilatın müxtəlif aspektləri və mülki aviasiya sahəsində bütün məsələlər, o cümlədən yükdaşımaları üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi daxildir. İCAO-nun qaydalarına uyğun olaraq, beynəlxalq hava məkanı uçuş informasiyası rayonlarına - naviqasiya vasitələrini və hava hərəkətinə nəzarət imkanlarını nəzərə almaqla sərhədləri müəyyən olunan hava məkanlarına bölünüb. İCAO-nun funksiyalarından biri də dünya aeroportlarına aeronaviqasiya və meteorologiya məlumatlarının, uçuş planlarının və s. çatdırılması üçün dördhərfli fərdi şifrlərin - identifikatorların verilməsidir. Hazırda bu təşkilat 192 üzv-dövləti birləşdirir.

Texnologiya və məsuliyyətin vəhdəti

Mülki aviasiya sahəsinin ən vacib sütunu təhlükəsizlikdir. Hər bir uçuş minlərlə prosesin, yüzlərlə mütəxəssisin koordinasiyalı əməkdaşlığının nəticəsidir. Pilotların hazırlığı, mühəndislərin diqqəti, dispetçerlərin dəqiqliyi, hava limanı xidmətlərinin koordinasiyası - bunların hər biri uçuşun təhlükəsizliyi üçün zəncirin vacib halqalarıdır.

Texnoloji inqilab göydə də davam edir...

Bu gün dünyada aviasiya ən təhlükəsiz nəqliyyat növü hesab olunursa, bu, illərin texnoloji inkişafının göstəricisidir. Son illər dron texnologiyası, süni intellekt, rəqəmsal naviqasiya sistemləri mülki aviasiyanın yeni mərhələyə keçdiyini sübut edir. Artıq uçuş marşrutları daha dəqiq hesablanır, yanacaq sərfiyyatı optimallaşdırılır, təyyarə monitorinqi real vaxtda aparılır, sərnişin xidmətləri isə demək olar ki, tam rəqəmsallaşıb.

Gələcəkdə pilotsuz sərnişin təyyarələrinin uçuşlarına artıq xəyal kimi yox, real perspektiv kimi baxılır. Bu isə aviasiyanın yalnız bu günümüzü deyil, sabahımızı da formalaşdırdığını göstərir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see351

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see265

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see257

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see245

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see240

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see220

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see220

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see202

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see187

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see187

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see182

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see169

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see161

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see157

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see157

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see154

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see154

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri