Səmərqənd zirvəsi və Türk dövlətləri: KKTC ni kim, niyə və necə satmadı? Kipr nazirindən d…
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya və Avropa İttifaqı sammitində Özbəkistan, Türkmənistan və Qazaxıstan BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və onu tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul edib, sadiq olduqlarını bəyan etdilər.
Üstəlik, artıq yanvardan etibarən Orta Asiya respublikaları Yunan Kiprinə səfir təyin etməyə başlayıb.
İctimai və media səviyyəsində Orta Asiya respublikalarına qarşı sərt bir qınaq, tənqid mövcuddur.
Şimali Kiprin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı açıqlama verərək bildirib ki, türk dövlətlərinin belə bir addım atması hiddətə səbəb olub: “Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündə dost və qardaş ölkələrin BMT-nin 541 və 550 saylı qətnamələrinə sadiq olduqlarını bəyan etmələri Türkiyə və Şimali Kipr Türk Cumhuriyyətində haqlı hiddətə səbəb olub.
Türk Dövlətləri Təşkilatının üzvü olan bu ölkələrin KKTC-ni 12 milyard avroya satdıqları və Türkiyəni kürəyindən bıçaqladığı bildirildi.
Həm Türkiyə, həm də KKTC müxalifəti Türkiyənin xarici siyasətinin və “İki dövlətli həll formulu”nun iflasa uğradığını söyləyərək, zəfər hayqırtıları səsləndirirlər.
Mənim Mərkəzi Asiya ilə, xüsusilə Qırğızıstanla çox yaxın əlaqələrim var. biriyəm.
Tam oxu
Xəbəri oxu