Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəmkir, 30 may, Vüsalə Cənnətova, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil edilən mediaturda bildirilib ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Mərkəzdə əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s.
istiqamətlərdə xidmətlər göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abbasbəyli media nümayən
Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.
Onlardan 4 minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
“Şəmkir Uşaq Reabilitasiya Mərkəzi müasir avadanlıqlarla təhciz edilib.