Icma.az
close
up
RU
Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkir, 30 may, Vüsalə Cənnətova, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil edilən mediaturda bildirilib ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Mərkəzdə əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abbasbəyli media nümayəndələrinə bildirib ki, hazırda Agentliyin Bakı şəhərində 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4 minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

“Şəmkir Uşaq Reabilitasiya Mərkəzi müasir avadanlıqlarla təhciz edilib. Qəbulda multidisiplinar yanaşma tətbiq olunur, dəyərləndirmə zamanı əlilliyi olan şəxsin tibbi ehtiyacları ilə yanaşı, sosial-psixoloji ehtiyacları da qiymətləndirilir və ona müvafiq olaraq fərdi reabilitasiya proqramı tərtib edilir. Xidmətlərdən faydalanmaq istəyən vətəndaşlar ərazi üzrə tibbi-sosial ekspertiza komissiyalarına və birbaşa reabilitasiya mərkəzlərə müraciət edə bilərlər. Ölkə üzrə böyüklərə də xidmət göstərən mərkəzlərimiz var. Bunlar Bakı, Xaçmaz, Şirvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda yerləşir”, - deyə Nicat Abbasbəyli qeyd edib.

Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, burada tətbiq edilən fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri