Şəmkirdə avtomobil BETONA ÇIRPILDI: Yaralananlar var

17.01.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью