Şəmkirdə avtomobil BETONA ÇIRPILDI: Yaralananlar var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:ABŞda təyyarə binaya ÇIRPILDI Ölən və yaralananlar VAR VİDEO
03 Yanvar 2025 08:56
Türkiyədə avtobus TIR a ÇIRPILDI Ölən və yaralananlar var VİDEO
06 Dekabr 2025 12:05
Şəmkirdə ağır qəza: ölən və yaralananlar var
24 Fevral 2026 19:21
Avtomobil ağaca ÇIRPILDI yaralılar var
12 Noyabr 2025 09:16
Avtomobil “Qaltaşaray” azarkeşlərinə ÇIRPILDI
10 May 2026 14:51
Baxış sayı:181
Bu xəbər 17 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















