Icma.az bildirir, Konkret.az portalına istinadən. Şəmşad Ağa nə vaxtdan Meydan TV-də işləyib?
Şəmşad Ağayev (Şəmşad Ağa) Meydan TV-nin Azərbaycan ofisinin idarəçəliyini həyata keçirib.
KONKRET.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova (Aynur Elgünəş) və digər 6 əməkdaşı həbs edildikdən sonra Almaniyadakı baş ofis tərəfindən Meydan TV-nin idarəçiliyi Şəmşad Ağayevə həvalə edilib.
Şəmşad Ağayev buna qədər Toplum TV və III Respublika Platforması, daha sonra isə Meydan TV ilə əməkdaşlıq edib.
Almaniyadakı ofisdən ona həbs edilmiş əməkdaşların əvəzinə yeni işçilərin tapılması tapşırılıb. “Meydan TV”nin yeni əməkdaşları kimlər olub?
Şəmşad Ağayev qısa müddətdə Kamran Mahmudov (Turan İnformasiya Agentliyinin direktor müavini), Nurlan Qəhrəmanlı (Nurlan Libre), Fatimə Mövlanova, Gülzar Məmmədli, Günel İsayeva və digərlərini işə cəlb edib.
Onlarla birgə hazırladığı materialları yayımlamaq üçün Meydan TV-nin Almaniya ofisini idarə edən Orxan Məmmədova göndərib.
Şəmşad Ağayev mütəmadi olaraq Meydan TV-nin direktoru Metyu Kasper və Almaniyada olan digər əməkdaşlar- Orxan Məmmədov, Ömər Məmmədov, Həbib Abdullayev (Həbib Müntəzir) və digərləri ilə “Signal” və başqa tətbiqlər üzərindən əlaqə saxlayıb.