Icma.az
close
up
RU
Şəmşad Ağayev “Meydan TV”nin yeni rəhbəri imiş FAKTLAR KONKRET

Şəmşad Ağayev “Meydan TV”nin yeni rəhbəri imiş FAKTLAR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Şəmşad Ağa nə vaxtdan Meydan TV-də işləyib?

Şəmşad Ağayev (Şəmşad Ağa) Meydan TV-nin Azərbaycan ofisinin idarəçəliyini həyata keçirib.

KONKRET.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova (Aynur Elgünəş) və digər 6 əməkdaşı həbs edildikdən sonra Almaniyadakı baş ofis tərəfindən Meydan TV-nin idarəçiliyi Şəmşad Ağayevə həvalə edilib. Şəmşad Ağayev buna qədər Toplum TV və III Respublika Platforması, daha sonra isə Meydan TV ilə əməkdaşlıq edib.

Almaniyadakı ofisdən ona həbs edilmiş əməkdaşların əvəzinə yeni işçilərin tapılması tapşırılıb.

“Meydan TV”nin yeni əməkdaşları kimlər olub?

Şəmşad Ağayev qısa müddətdə Kamran Mahmudov (Turan İnformasiya Agentliyinin direktor müavini), Nurlan Qəhrəmanlı (Nurlan Libre), Fatimə Mövlanova, Gülzar Məmmədli, Günel İsayeva və digərlərini işə cəlb edib. Onlarla birgə hazırladığı materialları yayımlamaq üçün Meydan TV-nin Almaniya ofisini idarə edən Orxan Məmmədova göndərib.

Şəmşad Ağayev mütəmadi olaraq Meydan TV-nin direktoru Metyu Kasper və Almaniyada olan digər əməkdaşlar- Orxan Məmmədov, Ömər Məmmədov, Həbib Abdullayev (Həbib Müntəzir) və digərləri ilə “Signal” və başqa tətbiqlər üzərindən əlaqə saxlayıb.

Şəmşad Ağayevin “Telegram” mobil tətbiqində Kamran Mahmudovla apardığı müzakirələrdən görünür ki, Meydan TV-də bu il fevralın 4-də paylaşılmış “Məhbuslara qarşı mülksüzləşdirmə” materialı Almaniya ofisində çalışan Orxan Məmmədovla birgə hazırlanıb.

Bundan başqa, Ş.Ağayev bu il fevralın 3-də Meydan TV-də paylaşılmış “COP29 keçirən ölkədə ekoloji problemlər və xəstəliklər” başlıqlı məqaləni redaktə etdikdən sonra paylaşılması üçün Kamran Mahmudova göndərib.

Şəmşad Ağayev və Meydan TV-nin digər əməkdaşları Aytən Həsənova, Kamran Mahmudov, Həbib Müntəzir, Orxan Məmmədov, Ömər Məmmədov və Gürcüstan üzrə nümayəndə Sevda Səmədova ilə birgə “Telegram”-da yaratdıqları qrupda ölkəmizlə bağlı hazırlanacaq qərəzli məqalələr barədə müzakirə aparıblar.

Qonorarlar necə göndərilib?

Şəmşad Ağayev Meydan TV üçün material dərc edən Günel İsayevaya 435 AZN qonorar göndərib. Bu vəsait Günel İsayevanın bacısı qızı Aidə Əhmədovanın bank hesabına köçürülüb.

Meydan TV əməkdaşlarının xərclərini kimlər qarşılayır?

Meydan TV-nin heyətinin bütün xərcləri donorlar tərəfindən qarşılanır. Əldə olunan məlumatlar göstərir ki, onların ölkədən kənarda mütəmadi görüşləri təşkil olunur. Şəmşad Ağayev də xaricdə bu media resursunun digər ölkələrdə fəaliyyət göstərən nümayəndələri ilə mütəmadi görüşüb.

«Amerikanın səsi»nin müxbirinə niyə təzyiq olunur?

Şəmşad Ağayevin hazırda «Amerikanın səsi» media resursunda işləyən Samirə Əliyevaya istintaqa doğru ifadə verdiyinə görə təzyiq göstərdiyi müəyyən edilib. Aparılan danışıqlardan görünür ki, Şəmşad Ağayev Samirə Əliyevanı istintaqda yalan ifadə verməyə təşviq edir. “Hər şeyi hamımız çox yaxşı bilirik, amma özünüzü doğruluq, dürüstlük abidəsi kimi qələmə verirsiniz” deyə, Samirə Əliyeva bildirir.

 

“2vur2 Media” layihəsində nələr müzakirə olunub?

Şəmşad Ağayev 2023-cü ildə “Clubhouse” tətbiqi üzərindən fəaliyyət göstərən “2vur2 Media” onlayn ictimai müzakirə platformasında “Media və söz azadlığı” ilə yanaşı 10 mövzunun müzakirə olunduğu layihədə ödəniş müqabilində redaktorluq edib. Bu layihədə, həmçinin xaricdə yaşayan jurnalist Elməddin Şamilzadə (Elmi Shamilon), Həbib Müntəzir, redaktor kimi Time TV-nin rəhbəri Emil Cəfərov, dizayner olaraq “Amerikanın səsi”nin jurnalisti Ülviyyə Quliyeva (Ülviyyə Əli) iştirak ediblər.

Elməddin Şamilzadə “2vur2 Media” ilə əlaqədar yaradılmış “Telegram” qrupunda layihədə işlənilməsini təklif etdiyi mövzuların siyahısını göndərib. Mövzular arasında LGBT+ haqları və onların siyasətdə təmsilçiliyinin də olması diqqəti cəlb edir.

 

Nurlan Libre Almaniyadan sığınacaq gözləyir

Əldə olunan məlumata görə, sonuncu bələdiyyə seçkilərində xüsusi fəallıq göstərərək seçki məntəqələrindən təxribat xarakterli videolar hazırlayan Nurlan Qəhrəmanlı (Nurlan Libre) da həmin materialları paylaşılması üçün Şəmşad Ağayevə göndərib. Nurlan Librenin Azərbaycanda guya “təzyiq və zorakılıqlara” məruz qaldığını əsas göstərib, Almaniyaya siyasi sığınacaq üçün müraciət etdiyi müəyyən edilib.

“Meydan TV” ilə bağlı sonuncu kimlər həbs olunub?

Şəmşad Ağayev bu il fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Şəmşad Ağayevlə birlikdə “Meydan TV”nin baş redaktoru işləmiş Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Şahnaz Bəylərqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Buna qədər isə “Meydan TV”nin Azərbaycan ofisinin rəhbəri Aynur Qəmbərova (Elgünəş) və daha 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri